Səninkidir
Boylan, başın üstə yüksəkliyə bax, insan,Əllərin çatmasa da, o uzaq səninkidir.Yeridiyin yerləri yerişinlə möhürlə,Ayağın altındakı bu torpaq səninkidir.
Doğan Günəş, yağan qar qismətədi, baxtadı,Ömrün, günün yolunda gah bürkü, gah şaxtadı.Beşiyində ağacdı, tabutunda taxtadı,Bu palıd səninkidir, o qovaq səninkidir.
Bir alın yazısı var hər kəsdə, hər adamda,Ölməz bir kimsə yoxdur, ömür bişmişdə, xamda.İstər sarayda yaşa, istər daxmada, damda,Axırda məzar adlı dar otaq səninkidir.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-seninkidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
KuropatkinəKimdir bizim m inarədə əzanları susduranlar?“Doğru yola sapm a!” deyib qanlı irin qusduranlar?
Güllü xanımQürrətül-üyunum, ay Güllü xanımHünərin var, bu meydanə gəl indi
İncizablarımVəhy ilə səmadan enmədir Quran.Quranla pestidən yüksəlir insan.