Tanrım
Həmişə yüksəliş həsrətindəyəm,Məni yüksəklərə tuş eylə, Tanrım!Bir zirvə yanında zirvəyə döndər,Bir qartal yanında quş eylə, Tanrım!
Yandır, közə döndər, kömürə döndər,Qayalar üstündə mamıra döndər.Məni daşa döndər, dəmirə döndər,Bir qala bürcündə daş eylə, Tanrım!
Qovuşdur ilhamı qaynar çağına,Qaldır söz gəmimi Ağrı dağına.Döndər misraları dağ bulağına,Sən də o çeşmədən nuş eylə, Tanrım!
Qəlbində ləkə yox, ruhunda zədə,Dədələr zirvədi, zirvələr dədə.Məni uca saxla öldürəndə də,Belə bir müqəddəs iş eylə, Tanrım!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-tanrim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vaxtın ancaq bir adı var, zamandı,Keçmişləri, indiləri ayrıdı.
Bir Şuşalı gördümBu şeirin qəhrəmanı Şuşa həsrətli*qardaşım Novruz müəllimə*
Qəm gündə könlümə bir hava saldıBir qaçqının dilindən*Sinəmdə elə bir bostan əkdilər,
Dəlidağ bu axşam mənsiz bir dəliYurd yeri çevrilər dərd yerimizə,Cavanı seyrələr, qocası qalmaz.
Başqa şairlərin şeirləri
Dedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.
Hər nə versən, verHər nə versən, ver, məbada vermə bir dirhəm zəkat,Qoy acından ölsə ölsün binəva kəndli və tat.
Qəzəl: Nə bədxudur gözəllər hər kimi gördükdə nişlərNə bədxudur gözəllər hər kimi gördükdə nişlər,Çəkərlər təyğ əbrudən nəzər əhlin qılışlər
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm