Hər gün yer üzünü gözəlləşdirən,Tanrının müqəddəs mələkləri var.Dünyanı döndərər xarabalığa,Şeytanın min cürə kələkləri var.

Bəxti gözəl istər, üzü ağ istər,Fikri sağlam istər, ruhu sağ istər,Yarada-yarada yaşamaq istər,İnsanın nə gözəl diləkləri var.

Köklər zədələnsə, quruyar budaq,Eşqin nəğməsini oxumaz dodaq.Kimidən baş gedər, kimidən papaq,Zamanın sərt əsən küləkləri var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri