Göllər sonalandı,Əllər xınalandı,Sevdilər, sevildilər,Ömür-gün mənalandı.

Oldular oğul-uşaqlı,Oldular köklü-budaqlı.Sükut getdi, həyat gəldi,Oldular səsli-soraqlı.

Ağrı dəlik-dəlik gəldi,Babalıq, nənəlik gəldi.Babalığa, nənəliyəƏsa gəldi, çəlik gəldi.

Yarpaq budaqdan ayrıldı,Nəğmə dodaqdan ayrıldı.Söndü gözlərdə qəndillər,Şölə çıraqdan ayrıldı.

Yandı qəlbin yağı çıxdı,Aş altından ağı çıxdı.Hər laylanın qarşısına,Bir amansız ağı çıxdı.

Çağdan bir çağa getdilər,Bükülüb ağa getdilər.Bu torpaqdan çıxmışdılar,Yenə torpağa getdilər.2009, 28 dekabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri