Bizmi dönük çıxdıq, onlarmı küsdü,Bizi öz başına yığmır analar.Hərəsi bir dərdin dağına dönüb,Öz sinə dağına sığmır analar.

Düşmən arxasızı, yalqızı təklər,Didər ürəkləri şübhələr, şəklər.Yeni Koroğlular, yeni Babəklər,Yeni Üzeyirlər doğmur analar.

Ölən kişilikdi, yoxsa kişilər,Haqqın qarşısında meydan açıb şər.Qəhrəman oğullar yoxdusa, əgər,Niyə atəş olub yanmır analar.

2002, 12 yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri