Sularda üzdün, yetər,Göylərdə süzdün, yetər.Torpaqda gəzdin, yetər,Könül, getmək vaxtıdır.

Yol uzun, ömür gödək,Olma heç kəsə yedək.Gedək, ey könül, gedək,Daha getmək vaxtıdır.

Bürün beş arşın ağı,Kəsmə Tanrıdan bağı.Allaha qovuşmağıQəbul etmək vaxtıdır.

2011, 9 mayAlmaniya, Hannover

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq