Bu qız mənə tanış gəlir,Od alıb, şimşək geyinib.Yandıracaq yeri-göyü,Alovdan köynək geyinib.

Nə sıx, nə də gen biçilib,Tül bədənə tən biçilib.Paltarı güldən biçilib,Əyninə çiçək geyinib.

Uçan şairin huşudu,Canı alan duruşudu.Elə bil cənnət quşudu,Elə bil mələk geyinib.

2004, sentyabrCenevrə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri