Yerdəki çaxnaşmadan,Göydəki şimşək gözəl.Dibçəkdə göyərəndən,Çöldəki çiçək gözəl.

Bağrımız zədən-zədən,Uçar ruh, köçər bədən.Min şirin əfsanədən,Bir acı gerçək gözəl.

Doyduq yalan yeməkdən,Üzüldük inləməkdən.İnsanı dinləməkdən,Haqqı dinləmək gözəl.

2004, sentyabrCenevrə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri