Həyatda ən şirin şeirə çevirdim,Yuxuda qəlbimə axan səsləri.Günəşdən torpağın üstünə enib,Torpaqdan Günəşə qalxan səsləri.

Tanrı öz payından göndərib yerəBu xan avazları, bu xan səsləri.Kamandan eşitdim, sazdan dinlədim,Ruhumu yandırıb-yaxan səsləri.

Haqdan enən səsin səcdəsinə gəl,Ürəkdə atəşdi, könüldə məşəl.Şairlər eşidir hamıdan əvvəl,Mələk dodağından çıxan sözləri.

2005, noyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən