Şahdan gəlib şaha gedən yoldayam
Dan yerindən əsən mehə bələndim,Mehdən gəlib mehə gedən yoldayam.Duru gəlib duru qalmaq eşqinə,Şehdən gəlib şehə gedən yoldayam.
Libası qəm, paltarı qəm, donu qəm,Günlərimin beşi sevinc, onu qəm.Bu dünyanın əvvəli qəm, sonu qəm,Ahdan gəlib aha gedən yoldayam.
Yağış mənim, boran mənim, qar mənim,Uçrum mənim, keçid mənim, dar mənim.Ucuz yolda nə ölümüm var mənim? —Baha gəlib, baha gedən yoldayam.
Lələ mənəm, Kərəm mənəm, kül mənəm,Kül içindən baş qaldıran gül mənəm.Sevgi adlı şah evində qul mənəm,Şahdan gəlib şaha gedən yoldayam.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sahdan-gelib-saha-geden-yoldayam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bac verməz sultana, baş əyməz şaha,Sevinci son qoyar amana, aha.
Bahar oldu, bahar olduDağ döşündə qar əridi, suya döndü, düzə çıxdı,Bənövşələr baş qaldırdı, torpaq altdan üzə çıxdı.
CavanlıqCavanlıq qüvvətdi,cürətdi, sürətdi.
Anam ağlayandaDedim, qəmsiz insan yoxdu dünyada,İnsan bir bu qədər ağlamaz, ana!