Anam ağlayanda
Dedim, qəmsiz insan yoxdu dünyada,İnsan bir bu qədər ağlamaz, ana!Köhnə yaraları gətirib yada,Övlad ürəyini dağlamaz, ana!
Şikayət edirsən öz taleyindən:“Anam ölüb getdi, bəs atam hanı?!Ata qayğısına çox həsrətəm mən,Onlardan aldığım arzu-kam hanı?!”
Nəmli bulud kimi dolursan hərdən,Özün öz halına layla çalırsan.Vaxt olur yorulub, dincəlib bəzənXəyallar qoynunda fikrə dalırsan.
Qardaş baxışları yada düşəndə,Süzülür gözündən yaş gilə-gilə.Kədərdən bir dünya yaranır səndə,Sonra bayatını çəkirsən zilə.
Bir at mindim, başı yox,Bir çay keçdim, daşı yox.Cavan yaşlı ananınİstəkli qardaşı yox.
Ana, əziz ana, neyləyim ki, mənNə atan, nə anan, nə qardaşın var.Ah-vay fayda versə onu bil ki, sənAğlaram, yaşımdan dərya yaranar.
Gül, ana, gül, ana, ağlama, bəsdi,Axı ağlamağın nədi faydası.Deyinmək, sızlamaq artıq əbəsdi,Belədi dünyanın qanun-qaydası.
Gül, ana, gül ana, ürəkdən sevin,Bir cüt nazlı qızın, üç əsgərin var.Övlad nəfəsiylə isinir evin,Əməlin daha da olur bəxtiyar.1968, 4-5 aprel
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-anam-aglayanda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İşığı ulduzdan, Aydan götürər,Halal sevgilərin uzundur ömrü.
Böyük sevgilərSevənlər birləşəndə bir ürək, bir can olur,Gecə-gündüz nur yağır rəngindən, çöhrəsindən.
Quş və budaqAğac üçün quşlarınÇəkisi bir tük olmaz.
Sevənlər həmişə möhtərəm olurSevinc gözləməsin sevən dünyadan,Qisməti çox zaman kədər-qəm olur.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Aşiqlərdə gərək üç şey cəm olsun,Birsi sazdı, birsi sözdü, birsi nə?
Səba, əhvalımı bir-birSəba, əhvalımı bir-birVarıb ol yarə ərz eylə.
Dövri-rüxsarına geysuyi-pərişan düzülübDövri-rüxsarına geysuyi-pərişan düzülüb,Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!
DüşmüşəmEy Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.