Məhər dayı
El gülər üstümə, qaytarma məni,Bu gün icazə ver, ay Məhər dayı.Uğura çıxmışam, qırma könlümü,Nahaqdan qaldırma hay, Məhər dayı.
Sən mənə qıymadın bir quru şələ,Meşənin qoynuna saldın vəlvələ.İnan ki, yadımdan çıxmayıb hələ,Dolanıb neçə yaz, yay, Məhər dayı.
Başın şişir, tez girirsən sərinə,Qarışmırsan elin xeyir-şərinə.Ya məni qoy bir insanın yerinə,Ya özünü kişi say, ay Məhər dayı.
Səninki bir qarın, bir də bədəndir,İşə-gücə yaramırsan, nədəndir.İnsan bir gün gələn, bir gün gedəndir,Eyləmə hörmətini zay, Məhər dayı.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-meher-dayi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
می دهی و می نوشی رازدار ما باشی
Çəkin Qarabağdan qara əlləriDostum, qardaşım Yasif Nəsirliyə*Sinəmdə döyünür bu yerin qəlbi,
BəstiGəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!
Qafiyəsin tanımadı?!Döndü zaman tərsinə, it yiyəsin tanımadı,Baxdı fələk qurduğu, layihəsin tanımadı.