Aşağı bir həyatdı,Yuxarı bir həyatdı.Suyun gözü bir həyat,Axarı bir həyatdı.Tərəqqi də həyatdı,Tənəzzül də həyatdı.Təzə açan çiçək də,Solan gül də həyatdı.Nəğməli beşik həyat,Sükutlu məzar həyat.Dağın zirvəsində də,Dərənin dibində də,Var yaşayış, var həyat.Həmi şəkərdən şirin,Həm də zəhərdən acı.Şirini, acısıylaBaşımın qızıl tacı!Bu ulu şirinliyəKim çatmaya, kim çata.Günəşli gündüzləriQalsın hələ bir yana.Nəmli zindanlarda daQurban olum həyata!!!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri