Sevgiyəm təpədən dırnağa kimi
Cənnətdə Adəməm, Ağ ğrıda Nuham,Tanrıdan torpağa enən bir ruham.Yer mənim varlığım, göy mənim düham,Gəlmişəm o çağdan bu çağa kimi,Sevgiyəm təpədən dırnağa kimi.
Ay məndə gecələr, gün məndən doğar,Dan məndə sökülər, gün məndən doğar.Şair dünyasına dünyalar sığar,Doluyam puçurdan yarpağa kimi,Sevgiyəm təpədən dırnağa kimi.
Bu gülün zərifi, incəsi nağıl,Bu yazın düyməsi, qönçəsi nağıl.Bu düzün Novruzu, xonçası nağıl,Süzülür qələmdən varağa kimi,Sevgiyəm təpədən dırnağa kimi.
Allahın töhfəsi işıqlı, nurlu,Yoxuşda qüvvətdi, yolda uğurdu.Könlüm söz eşqinə səcdəyə durdu,Yol gəldim toxumdan torpağa kimi,Sevgiyəm təpədən dırnağa kimi.
Çəməntək yaşılam, qar kimi ağam,Zirvəsi buluddan nəm çəkən dağam.Diriyəm, duruyam, təmizəm, sağam,Hopub zərrə-zərrə damarlarıma,Kökdən qığılcıma, ocağa kimi,Sevgiyəm təpədən dırnağa kimi.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sevgiyem-tepeden-dirnaga-kimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
از نور روی یار به ما لمعهای رسید
ƏlvidaSəni sevdim sevilmədən, -Dodağımda öpülməyən,
Qəzəl: Bir yol demədinmi kim könül ol yar kimindirBir yol demədinmi kim könül ol yar kimindirEy kaş biləydin ki bu bimar kimindir
Mələkim, nədir o?Nuri-vəfamıdır nigəhindən uçan ziya?Gözlər könül açılmaq üçün gül dodağını.