Hər insanın öz yolu var,öz cığırı, öz izi,Düz seçilən yola şükür,izə şükür, İlahilSarsıntılar sınağındansağ-salamat çıxmışam,Qarşıdakı dağa şükür,düzə şükür, İlahil

Mənim adım yaradılan,sənin adın Yaradan,Ulu sevgi hər gün təzəkörpü salır aradan.Dolaşmadıq, vədəsindəağı seçdik qaradan,Həqiqəti doğru görəngözə şükür, İlahil

Göydə idik, özün oldunbizi yerə göndərən,Hərəkətə, bərəkətə,xeyrə-şərə göndərən.Eşqi oda, ruhu səsə,sözü şeirə döndərən,Sən bizimsən, biz də sənin,bizə şükür, İlahil

Almaniya, Hannover

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq