Ruzu
Susuzam, su gətir, su,Yanğılı ürəyiməSəpsərin su çiləmək,Qəlbin ən xoş arzusu.İçmək istərəm səni,Su kimi damla-damla.Süzül damarlarıma,Asta-asta, aramla.Susuzam, su gətir, su,Dirilik çeşməsini,Baxışlarından içmək —Nə böyük sərvətdi bu.Susuzam, su gətir, su,Sən verən sudan olsun,Qoy şairin qisməti,Qoy şairin ruzusul
2006, 4 yanvar
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ruzu
← → düymələri ilə keçid, R — təsadüfi şeir