Şair üçün masa — səngər,qələm — silah,Qeyrət ona bükülməyəndiz gətirər.Fikir-xəyal, söz dalıncaqaçan ovçu,Göydən yerə söz endirər,söz gətirər.Gedər çıxar Yaradanındərgahına,Vergi adlı bir ocaqdanköz gətirər.Halal ilham çirk götürməzhalal süddür,Harda olsa qaymaq tutar,üz gətirər.

2005, iyul

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri