Boylanır yaylaqdan arana doğru,Anam binəsində məni gözləyir.Həsrəti gözündə, sözü dilində,Eşqi sinəsində məni gözləyir.

Atam da məhlənin qaşından enib,Gündə neçə dəfə alışıb, sönüb.Düzə dirsəklənən dağlara dönüb,Əli çənəsində məni gözləyir.

Nə həsrət tükənər, nə ağrım, acım,Quruyur fəsəlim, soyuyur sacım.“Qaqam hanı” deyir dil açan bacım,Gözü nənəsində, məni gözləyir.

1975, 1 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran