Iı səni məndən soruşurlar, ay qağa
Xatirələr dindirəndi, dinəndi,Hər nə varsa, xatirəyə dönəndi.Şair ömrü ölümləri yenəndi,Gözlərimdən heç getmirsən uzağa,Səni məndən soruşurlar, ay qağa!
Ağacların albalısı, alçası,Yaylaqların yaşıl çəmən xalçası,Bulaqların lilpar adlı dolçası,Həsrət ilə baxıb dosta, qonağa,Səni məndən soruşurlar, ay qağa!
Bu, ömürdü, dolu keçir, boş keçir,Yaxşı keçir, yaman keçir, xoş keçir.Yavaş-yavaş yaş üstündən yaş keçir,Qocalar da dönüb kövrək uşağa –Səni məndən soruşurlar, ay qağa!
Qarışqalar kol dibində iz açır,Bənövşələr baş qaldırır, göz açır.Ana torpaq hər gün səndən söz açır,Nəğmələrin düşür dilə-dodağa –Səni məndən soruşurlar, ay qağa!
Qatarlanıb durna gəlir yanıma,Cərgələnib sona gəlir yanıma.Oğul dərdli ana gəlir yanıma,Səndən ötrü düşüb səsə, sorağa,Səni məndən soruşurlar, ay qağa!
Çiçək dərən qız, gəlinə bir də bax,Buz üstündə dağ kəlinə bir də bax.Gözəlliyin heykəlinə bir də bax,Cüyür enir, ceyran gəlir bulağa,Səni məndən soruşurlar, ay qağa!
Qartaldımı qayalara ün salan,Həsrətdimi saçlarıma dən salan,Əcəldimi səni məndən gen salan.Bülbül ötür, qumru qonur bulağa –Səni məndən soruşurlar, ay qağa!
Sızıldasa arı, şanım neyləsin,Dərdi dərdə qarışanım neyləsin.Neçə könlü pərişanım neyləsin,Gözəllərin yaşı axır yanağa –Səni məndən soruşurlar, ay qağa!
Yazılmayan varaqların ağ qalıb,Şükür haqqa, yazdıqların sağ qalıb.Mən nə deyim bu bağçaya, bu bağa?Mən nə deyim oxunmamış kitaba?Mən nə deyim yazılmamış varağa?Səni məndən soruşurlar, ay qağa!
Dağda qarım, sünbülümdə dənimsən,Hər dərdimə, həsrətimə qənimsən.El bilir ki, sən hər zaman mənimsən,Baş əyirəm uyuduğun torpağa,Məni səndən ayrı salmaq çətindir,Səni məndən soruşurlar, ay qağa!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ii-seni-menden-sorusurlar-ay-qaga
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Əsib badi-səba, nümayan olduÇaki-giribandan bir bəyaz məmə;
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
Maxmurova üçünMəxməri ormanlarda çiçək dərdiyin yerdə,Baxarsan çiçəklər var açar kölgəliklərdə.
Qəzəl: Mehri-hüsnündən təcəlli edəli ənvari-eşqMehri-hüsnündən təcəlli edəli ənvari-eşq,Zahir oldu gün kimi hər zərrədən asari-eşq