Bu meydan qanlı meydandı,Hey burda başlar kəsilər.Nə ürəkdən dərd azalar,Nə gözdən yaşlar kəsilər.

Üstümüzə qonmaq üçün,Şaxtalarda donmaq üçün.Başdaşını yonmaq üçünDoğranar, daşlar kəsilər.

Qisməti qar, qrov bizik,Əsir bizik, girov bizik,Hər ovçuya bir ov bizik,Bələnlər, qaşlar kəsilər.

2002, 21 iyul

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri