Köhnə kişi
Xalq yazıçısı İlyas Əfəndiyevinruhuna bağışlayıram
Təzələr içində təzədən təzə,Köhnələr içində köhnə kişiydi.Uca şəxsiyyəti, əsərləriyləTamaşa kişiydi, səhnə kişiydi.
Bahar sularıtək axırdı dili,Çəmən qucağında çeşmə kimiydi.Nəsrin şeiriyyəti Valeh dilində,Bayatı kimiydi, qoşma kimiydi.
Fikrə, düşüncəyə, zehnə, yaddaşa,Əlvan naxışları vurdu yaşadı.Büllur saraylara tamah salmadı,Könül sarayları qurdu yaşadı.
Onun əsərləri taleyimizdi,Hey bizdən danışdı, hey bizdən dedi.Kamran Borçalıdan söhbət açandı,Şeyx Xiyabani Təbrizdən dedi.
Onun qələmində tariximiz də,Tarixi ən kəskin ittiham da var.Möhtəşəm hökmdar ucalığı da,Məhv olmuş gündəlik, sönən şam da var.
Saçı zirvələrin qarına döndü,Sarvantək daşıdı karvan dərdləri.Onun qələmiylə dindi, danışdıQarabağ, Borçalı, Şirvan dərdləri.
Enişli-yoxuşlu həyat yolundaNeçə dərə keçib, neçə dağ çıxıb.Zaman sınağından təmiz, ləkəsiz,Sənət sınağından üzüağ çıxıb.
Təzələr içində təzədən təzə,Köhnələr içində köhnə kişiydi.Uca şəxsiyyəti, əsərləriylə,Tamaşa kişiydi, səhnə kişiydi.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-kohne-kisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Osmanlı-rus savaşı bütün şiddətiylə davam edirdi. Krıməldən getmiş, sərhədlərimizə hücumlar artmışdı.
Dəyişilən adların taleyiDilənçi kökündə Poltavadan Yaltaya, Qızıldaşa gələn, ordael-obanın cəlladına, cəlladbaşıya çevrilən, bir gecənin içində
Bağçasaray fəryadıBağçasaray sarayı var,xanı yox,
Daşlar danışırdı BağçasaraydaBoşuna qoyulmur divara daşlar,Boşuna ucalmır məğrur qalalar.
Başqa şairlərin şeirləri · Vətən
Həsrətdən nəmlənmiş kirpikdir ancaq.
Mərd oluBizim elin dəliləriGirər meydana mərd olu,
VətənimBiri vətənə canım dedi,Biri gözüm dedi,
Deyibsiz yəni gəlləm gəldi bir belə xəbər, Vaqif!Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif,Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif?