Ölüm, başım üstə çox yellər əsib,Sən son dayanacaq, son duracaqsan.Bilirəm, nə vaxtsa qarşımı kəsib,Damarda qanımı donduracaqsan.

Əcəlim qoy gəlsin ağsaqqalyana,Ey tufan, qabarma, ey külək, əsmə.Mələk ölümü ver, nuş olsun cana,Ey fələk, hay-küylə başımı kəsmə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm

Xəlqə şərh etmək qəmi-hicrin nə hacətdir mənə!

Xəlqə şərh etmək qəmi-hicrin nə hacətdir mənə!Laləvəş sinəmdə dağların şəhadətdir mənə.

Qasım bəy Zakir1 dəq
Qara paltarlı qadın

Kişilər bir olmur, atam balası, -qorxağı var,

Ramiz Rövşən1 dəq
Axır çərşənbə duası

İlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!

Mirzə Əli Möcüz6 dəq
Qəbir yeri

Yaz olar, yarpaqlar yoxdan var olar,Tanrının kölgəsi düşər üstünə.

Məmməd İsmayıl1 dəq