Çağladı sellər kimi,ömrümdən axdı,Zamanın qarşısındaduruş gətirəmmədi.Axdı, fəsillər axdı,Cilovlaya bilmədikayları, fəsilləri.Dayandıra bilmədik,Balıq kimi sürüşübəldən çıxan illəri.Bu duyğular içindəqəlbimdən qanlar axdı,Qara sevdalar kimi,Başımın üzərindənqara dumanlar axdı.Həsrətli şeirləringəlhagəli başladı,Qələmimdən mürəkkəb,gözümdən yaşlar axdı.Sal qayalar yenə dəqaldı qayalığında,Bizi elə əritdizaman öz axarında,Sanki dağ çaylarındaxırdaca daşlar axdı.

2002, 18 yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri