Vuran məni elə vurdu,Daşdan xəbərim olmadı.Ayaq elə dolaşdı ki,Başdan xəbərim olmadı.

Körpəlikmiş keçib gedən,Cavanlıqmış köçüb gedən.Budağımdan uçub gedənQuşdan xəbərim olmadı.

İtdi səsim, batdı ünüm,Yoxluğadı səmtim, yönüm.Elə keçdi ömrüm-günümYaşdan xəbərim olmadı.

Göy sağıldı, bulud sağdı,Dərə-təpə gördüm ağdı.Qar başıma nə vaxt yağdı,Qışdan xəbərim olmadı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri