Qalacaq
Yox, mənimlə getməyəcək bu dünya,Mən getsəm də nələr, nələr qalacaq.Ağlayan da tapılacaq, gülən də,Yenə sevinc, yenə kədər qalacaq.
Bəzəyəcək xonçasını-xonunu,Dünya hər il dəyişəcək donunu.Görməsəm də mən dünyanın sonunu,Öz yerində axşam-səhər qalacaq.
Kim yedisə çörəyi tək, duzu tək,Əriyəcək o dağların buzutək.Çox adamlar mələyəcək quzutək,Çox adamın yurdu mələr qalacaq.
Ulu günəş işıq çilər dünyaya,Öz nurunu hər gün ələr dünyaya.Biri gedər, mini gələr dünyaya,Yerdə həyat, göydə ləngər qalacaq.
Dərd daşıdım, qəm yüklədim şələmə,Şeirə döndü, səsim düşdü aləmə.Ay Zəlimxan, yaxşı sarıl qələmə,Qalsa, yenə bu nəğmələr qalacaq.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qalacaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gəl görüm, gəlişin nerdən, çeşmi siyah, nöycavan,Həsrətəm didarına, çəkirəm ah nöycavan,
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
YükümUstadımdan dərs almışam, ağlı kamallı yüküm,Dürrü mərcan cəm etmişəm, yaşıldı, aldı yüküm,
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,