Qalardım
Dağlar mənə gəl-gəl desə ürəkdən,Gəlib elə bu yerlərdə qalardım.Təbiətlə sevincimi, dərdimi,Bölüb elə bu yerlərdə qalardım.
Nəfəsimdə yaşadardım ətrini,Əzizlərdim çiçəklərin xətrini.Ömrün-günün qiymətini, qədriniBilib elə bu yerlərdə qalardım.
Nə gözəldi bu dağların lalası,Mən getsəm də, könlüm burda qalası.Sevsə məni bir zalımın balası,Ölüb elə bu yerlərdə qalardım.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qalardim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Torpaq adı, daş adı, ocaq adı, yurd adı,Haqqın nuru, işığı həmişəlik burdadı.
Təbiətin ovsununa düşəndəNə hirs, nə də acıq olur, İlahi,Sinə necə varaqlanır, yumşalır.
Kəndirli qartalSənin ki məskənin dağlar başıdı,Sən ki öyrənmisən hündürə, qartal.
Ucal qanadında bu nəğmələrinSənə ki yaradan güc-həvəs verib,Tanrıdan pay olan bir həvəs verib.
Başqa şairlərin şeirləri
Fürsət olacaq hər dəmdəQənimətdir səfa sürmək.
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Kənzül-həqayiq, fəsil 25یقین دان رزق جان از علم و دین استنباشد جز به سعی انسان یقین است
با تبسم تا لبش تمهید احسان میکندغمزه شوخش به ایمایی پشیمان میکند