Bizi ayırdılar, ayrı saldılar,Baxışım titrəyən dodaqda qaldı.Axdı qəhərimdən gözümün yaşı,Gözlərim o qoşa bulaqda qaldı.

Bir görüş kimsənin deyildir bəsi,Vaxtsız ayırmasın tale heç kəsi.Ümidi qırılan bir qəlbin səsiFikirdən çıxmadı, qulaqda qaldı.

Getməz xəyalımdan o vaxt, o vədə,Daha gəlməsə də nə səs, nə sədə.Dolanıb ömrümdən illər keçsə də,Demərəm o günlər uzaqda qaldı.

1974, 3 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri