Bir dırnaq toxunsa, üzülə bilər,Bir barmaq toxunsa, əzilə bilər.Bir əl qarışdırsa axırı çatar,Yuvası dağılıb, pozula bilər,İşi nə çətindi bu qarışqanın.

Yazda sel ağzında, qışda qar altda,Taleyi həmişə ayaqlar altda.Yemi ömrü boyu çiynində yükdü,Özü xırdaların dərdi böyükdü,Yükü nə ağırdı bu qarışqanın.Öldür, səsi çıxmaz, sədası gəlməz,Tapdala, heç kəsə xatası gəlməz,Ruhu nə fağırdı bu qarışqanın.

2001, 23 avqust

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri