Gələcəyəm, gözlə məni,harda olsam gələcəyəm,Qohum kimi, qonşu kimi,qardaş kimi gözlə məni.

Bir-bir yada salacağam,nələr olub, nələr keçib,Ömür kimi, tarix kimi,yaddaş kimi gözlə məni.

Sən özünü məndən ayrınə yetim bil, nə arxasız,Arxa kimi, dayaq kimisirdaş kimi gözlə məni.

Həyatına gələmməsəmölümünə gələcəyəm,Məzarının başındakıbir daş kimi gözlə məni.

2007, 9 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm