Niyə danışmırsan, açıla eyni,Həyat könül verə bir şirin səsə.Tufanlar kiriyə, dalğalar yata,Şimşək nəriltini biryolluq kəsə.

Niyə danışmırsan, dünya çaylarıBizim düşdüyümüz axına gələ.Günəş gözlərimdə gülüşə dönə,Ulduzlar bir az da yaxına gələ.

Niyə danışmırsan, səndən ötəriAy desən, uşaqtək Aya qaçaram.Tək sənin könlünü oxşamaq üçün,Bütün zirvələrə ayaq açaram.

Niyə danışmırsan, məndən ötəriSözün şəkər ola, dilin qənd ola.Aşığa dönsəm də, aça bilməyəm,Qorxuram dodağın qıfılbənd ola.

1976, 5 fevral

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri