Qıymasın
Sevgilim, seyr edək sevdiyin bağı,Nə kədər, nə həsrət bizə qıymasın.Hələ çox arzumuz gözümüzdədir,Həyat xoş arzulu gözə qıymasın.
Qaynar nəfəsinlə ömrü təzələ,Bağçamız dönməsin tezcə xəzələ.Payız da özünü saxlasın hələ,Çiçəyi saraldıb, düzə qıymasın.
Sevgidən kam alsın doyunca ürək,Biz də bu dünyada görək, götürək.Deyin, küyə düşüb əsməsin külək,Ocaq təzə yanır, közə qıymasın.
Qoy kökdən düşməsin bir qəlbin sazı,Hər il bu həvəslə çağıraq yazı.İllər əsirgəyib eşqi, avazı,Bu şirin söhbətə, sözə qıymasın.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qiymasin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Könlüm arzulayır ən gözəl ili,Necə də sevirəm şipşirin dili.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Səcdeyi-həqq oldu çün zümreyi-insanə fərzSəcdeyi-həqq oldu çün zümreyi-insanə fərz,Səcdeyi insan olub cümleyi-imkanə fərz.
ÜrəkDeyirlər: uçsa ürək, qopsa candan,ölər insan.