Sinəmdədir
Həsəd aparmıram ayna sulara,Çağlayan bulaqlar öz sinəmdədir.Hələ dil açmamış, üzə düşməmiş,Nəğmə sinəmdədir, söz sinəmdədir.
Xalqın yetirdiyi bara vurğunam,Yurdumdakı xoş bahara vurğunam.Odlar yurdu bu diyara vurğunam.Atəşi soyumaz köz sinəmdədir.
Mənliyimdə iradə var, dözüm var,Ürəyimdən ürəklərə sözüm var.Həqiqəti yaxşı seçən gözüm var,Hər şeyi düz görən göz sinəmdədir.
1968, 6 sentyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sinemdedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Zinəti nərgizdən, tər bənövşədən,Al-yaşıl geyinib şad olan dağlar.
Həsrət nəğməsiMüşfiq üçün*Naxçıvan nisgillər açarçısıdır,
Dostlardan birinə mədəniyyətin yayılması haqqında yazılmış şerGəzər baği-məarifdən xəbərsizlər ulaqlar tək,Odur ki, nəqli-daniş payimal olmuş alaxlar tək.
Ona inanQurtuluş Kamala inanla olur,Hökumət seçilmiş bakanla olur,