İlk salamı ilk dəfəkim verdi mələklərə,“Adəm ata” deyilənilk qədim insan nədir?

Ruhla palçıq qovuşdu,nəfəslə bədən oldu,İlk insanı yolundançıxardan şeytan nədir?

Niyə Yaradan Nuhutufanlara vermədi,Nuh qövmünü batıranqasırğa, tufan nədir?

Qırx günün yağmuruylanə deyirdi Yaradan,Bir gəmiyə yüklənənquş, böcək, heyvan nədir?

Qarışqayla dil tapan,quşlar ilə danışan,Yerə-göyə hökm edənHəzrət Süleyman nədir?

Həzrəti İbrahimiod niyə yandırmadı,Atəşlərin içindəgülən gülüstan nədir?

Bıçaq niyə kəsmədiqurban deyilən kəsi,İsmayılın eşqinəkəsilən qurban nədir?

Yaz yağışına döndüYaqubun göz yaşları,Yusifin Misirdəkidüşdüyü zindan nədir?

Buzova “Allah” deyənduymadı Peyğəmbəri,Cahilliyin atasıküt nədir, nadan nədir?

İlk dəfə dilə gəlibCəbrayılın diliylə,Allahın Peyğəmbərəverdiyi fərman nədir?

Min qəlbin sevincidirbir qəlbin genişliyi,Bəs onun könlündəkiCənnəti-Rizvan nədir?

Haqq nədir, nahaq nədir,əyri nədir, düz nədir,Nədir “İlahi vəhy”lər,bax gör bu “Furqan” nədir?

Alimin mürəkkəbişəhid qanından baha,Mərifət nə deməkdir,bəs əhli-irfan nədir?

Dayağı hardan tapırşər oğlu şər olanlar,Ucalıq məqamınaatılan böhtan nədir?

Nədir islamın ruhu,müsəlmanın mətləbi,Gözəl əxlaq, tərbiyə,halallıq, vicdan nədir?

Əzən km, əzilən kim,döyən kim, döyülən kim,Fasiləsiz, vurhavurdöyülən xırman nədir?

Çərxi-fələk gücünükimdən alıb fırlanır,Gecə-gündüz işləyənçarxsız dəyirman nədir?

Min bir dərdin əlacı,yaraların məlhəmi,Xəstəliyin şəfası,dərdlərə dərman nədir?

Kimdən ötrü döşədiYaradan yer üzünü,Başımızın üstündəgöy qübbə, tavan nədir?

Allaha şəkk gətirənkimlərə şərik oldu,Sınaq üçün insanaverilən meydan nədir?

Kimdən ötrü açıqdıtövbənin qapıları,Tanrı bağışladığı,verdiyi imkan nədir?

Dərk etmək mümkündümüonun böyüklüyünü,Günahlar bağışlayanRəhməti-Rəhman nədir?

Ərəsət ayağındakafirin cəzası nə,Qiyamət günündəkimömin, müsəlman nədir?

Dirilərin ruhununədir diri saxlayan,Ölənlərin ruhunaverilən ehsan nədir?

Haqq acılı-şirinliiki dəniz yaratdı,Suları qarışmayandəniz nə, ümman nədir?

Müşriklərə ən ağırcəzalar hazırlayan,Gözün içinə çökmüşqaranlıq, duman nədir?

İsmində ismimizi,cismində cismimizi,Rəsmində rəsmimiziyaşadan Sübhan nədir?

Yer üzündə Allahınyersiz heç nəyi yoxdur,Tanrının yaratdığısəliqə-sahman nədir?

Altmış üç yaşındanöqtələnən bir ömrəİyirmi üç il yol gələnsöz adlı karvan nədir?

Özünü bilmiş olanRəbbini bilmiş olar,Candan xəbər bilməyənnə bilsin, cahan nədir?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq