Mənim bu kölgədə bir xatirəm var
Saxlaya bilirdim vaxtı, saatı,Yaşaya bilirdim ömrü, həyatı.Şirin bir oxşama, kövrək bayatı,Bütün ömrüm boyu unutmadığım,Vaxtın əllərimə keçdiyi çəm var,Mənim bu kölgədə bir xatirəm var.
Başımın üstündə barlı bir budaq,Budağın altında odlu bir dodaq,İllərdi ağlayır orda bir bulaq,Yarpaqlar üstündə hələ də nəm var,Mənim bu kölgədə bir xatirəm var.
Üz közə dönmüşdü, yanaqlar zərə,Arxada uçurum, qarşıda dərə.Hər insan ömrünün xatirələrə,Yetdiyi məqam var, çatdığı dəm var,Mənim bu kölgədə bir xatirəm var.
Bürünüb, qərq olub yaşıl tüllərə,Nəğmətək axardı saf könüllərə.Heyif, tez qarışdı solan güllərə,İndi uzaqlarda bir bəxti kəm var,Mənim bu kölgədə bir xatirəm var.
Tutur bildiyini yaradan, xalıq,Elə bil, dəryadan ayrılır balıq.Yaş kədər gətirir, zaman qocalıq,Gözümdə həsrət var, könlümdə nəm var,Ağac kölgəsində bir xatirəm var!Mənim bu kölgədə bir xatirəm var.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-menim-bu-kolgede-bir-xatirem-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sahibə xanıma*Məndən narahatdı məni sevən kəs,
Bədbəxtlikİllərlə özünə ailə qura bilməyən, evsiz-eşiksiz*qalan, üzünün, başının tükü bir-birinə qarışan,*
Yuxuda ağ köynək geymişdim, anaTez-tez kəndimizdə yuxu görərdim,Yozardım hər şeyi olduğu kimi.
Yaradanın yaratdığıDünya geniş, yollar uzun, ömür qısa,Yol gedirik – bir gün toya, bir gün yasa.
Başqa şairlərin şeirləri
Möhnətindən daima halım pərişandır, fələk!Dəmbədəm aləm ləbindən içdiyim qandır, fələk!
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
واقف به خدا ز بی وقوفی نشویعارف به حق از طریق صوفی نشوی
Yer qazılırYer qazılır,Bir binanın bünövrə yeri...