Dünya geniş, yollar uzun, ömür qısa,Yol gedirik – bir gün toya, bir gün yasa.Arzulara, istəklərə yetmək üçünBəs eyləmir dəmir çarıq, dəmir əsa.

Yorğun düşüb yerlə, göylə bir gəlmişik,Ağır ellər, uzaq yollar basa-basa.Bu sonsuzluq Yaradanın qüdrətidir,Yaradana, yəqin, Allah deməzdilər,Yer üzünü belə geniş yaratmasa.

2001, 12 iyun Vaşinqton

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri