Şair ömrü
Şairlərin qatarındabir durnadı,Durna kimi səf-səf olurşair ömrü.Yerdə çiçək, göydə ulduz,ruhda qanad,Ağ sularda sədəf olurşair ömrü.
Ağrı çəkib, dərd daşımaqcanındadı,Sözlə yatıb, sözlə durmaqqanındadı.Yıxılanın, əziləninyanındadı,Tərəfsizə tərəf olurşair ömrü.
Müqəddəs süd, sağlam özül,halal maya,Damla-damla dönür selə,dönür çaya.Bir ocaqda göz açsa da,bu dünyaya,Bir millətə şərəf olurşair ömrü.
Haqqa doğru yol getsə dəyavaş-yavaş,Ağılına nöqsan tuturhər ağlı çaş.Ona dəyir hər nadanınatdığı daş,Böhtanlara hədəf olurşair ömrü.2002, 5 iyul
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sair-omru-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Min dəfə düşünüb daşındın azı,Bu qədər düşünmək itirdi səni.
QəhvəGörək nə nüsxədi yaran, yüzü qara qəhvə,Nə çox qara yüzü ağ eyləyib qara qəhvə,
Gəraylı: Yeri get, ey kafir qızıYeri get, ey kafir qızıƏyninə gey, al qırmızı
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül