Peyğəmbərin vida həccindən min üç yüz altmış üç il sonraZəlimxanın həcc ziyarətiYaradanın məhəbbəti,Peyğəmbərin eşqi iləMən də gəldim Haqq evinə,nur evinə ibadətə.Mən də gəldim Peyğəmbərinəli dəyənKəbə adlı ən müqəddəsziyarətə.Necə keçdi ziyarətim,qoy onu bir Xuda bilsin,Bir canım var, qadir Allah,onu haqqa fəda bilsin.Kəbə mənim qəlbimdədir,mən ondayam, o məndədi,Heç olarmı şair könlümcanı candan cüda bilsin.Allah evi bir dənizdir,mən də onun damlasıyam,Ev sahibi bu dəryadaməni də bir ada bilsin.Ulu Tanrım, ver fürsətiMəhəmmədin ümmətinə,Mən daddığım bu nemətibütün dünya dada bilsin.Tanrım ilə vəhdətdəyəm,Allah ilə söhbətdəyəm,Haqqı bilən — hər sözümüHaqdan gələn səda bilsin.Əgər bir gün unudarsa,Peyğəmbərim yatan yeri,Ulu Tanrı Zəlimxanıxan bilməsin, gəda bilsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq