Mənim sözlərimin yalan yeri yox
Dünyanın suyunu bulandırmışıq,Bir qarış salamat qalan yeri yox.Sazını o qədər kökdən salmışıq,Köklənən yeri yox, çalan yeri yox.
Haram toxumlarla gəldik baş-başa,Oğulsan tab gətir, kişisən, yaşa.Ağzımız pis yerdə dirənib daşa,Döngə yeri yoxdu, dalan yeri yox.
Çox vaxt dən yerinə daş əkdi dünya,Nə qədər baş yedi, baş əkdi dünya.Quyruqsuz, qulaqsız eşşəkdi dünya,Noxta yeri yoxdu, palan yeri yox.
Üsyanam, fəryadam, ağrıyam elə,Yanan insanların bağrıyam elə.Doğrular bilir ki, doğruyam elə,Mənim sözlərimin yalan yeri yox.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-menim-sozlerimin-yalan-yeri-yox
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Nə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.