Nahaq yerə uzaq yollar yormadım,Nahaq yerə səni sudan, havadan,Nahaq yerə səni səndən sormadım,Mən gəlmişəm sənə verim nurumu,Mən gəlmişəm sənə verim adımı,Mən gəlmişəm səndə tapım dadımı.Hürufiyəm, hərfim səni bilmişəm,Bir sufiyəm, safım səni bilmişəm.Göy üzündə uçur eşqin durnası,Orda cərgəm, səfim səni bilmişəm.

Ağız nədi, dodaq nədi, dil nədi,Dırnaq nədi, barmaq nədi, əl nədi.Alın nədi, kirpik nədi, qaş nədi,Ayaq nədi, bədən nədi, baş nədi.Yanaq nədi, sifət nədi, üz nədi,Baxmaq nədi, bəbək nədi, göz nədi.Bilək nədi, dirsək nədi, qol nədi?Gör nə qədər xəzinəmiz var bizim,Bir bu qədər xəzinənin içində,Bir bu qədər dəfinənin içində,Bilirikmi haqqa gedən yol nədi?Bil deyirdin, bilmək üçün gəlmişəm,Gör deyirdin, görmək üçün gəlmişəm.Bu dərgahda canı ruha tapşırıb,Bu dərgahda ölmək üçün gəlmişəm.

Uçan quşdan, əsən yeldən soruşub,Yerdə səni, göydə səni gəzirdim.

Duymaq üçün könüllərin dərdini,Dil-dil ötən neydə səni gəzirdim.Qismət kimi, ruzi kimi gəlmişəm,Sən torpaqsan, mən su kimi gəlmişəm.İllər boyu ürəyində tutduğun,Bir müqəddəs arzu kimi gəlmişəm.Bir ox kimi hədəflərə atılmaq,Kaman kimi gərilmək var bu yerdə,Bu yerlərə ölmək üçün gəlmişəm,Ölən günü dirilmək var bu yerdə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri