Dayanır
Şəhid qəbri, hüzurunda lal-kar kimi dayanmışam,Nifrətimdən, qəzəbimdən damarımda qan dayanır.Elə bil ki, daş asılıb burda vaxtın ayağından,Dan sökülmür, Günəş doğmur, zaman durur, an dayanır.
Haqq bilir ki, sizdən ayrı heç ürəkdən şad olmadım,Minbir dərdə tuş olsam da, bir sevincə tən olmadım.Xəcalətəm, niyə sizin cərgənizdə mən olmadım,Mənim kimi hər gün burda çoxları peşman dayanır.
Tarix sizi zaman-zaman hörmət ilə anar, qardaş,Bu dağların qarşısında polad olsa sınar, qardaş.Dəmir olsa külə dönər, qaya olsa yanar, qardaş,Dəmir dözmür, polad dözmür, ürək dözmür, can dayanır.
Səkkiz yaşlı şəhid balam! De, günahın nəydi sənin,Qızıl güllə oxa döndü, ürəyinə dəydi sənin.Atan, anan innən belə bir yanıqlı neydi sənin,Daş da olsa dayanmazdı, tək buna insan dayanır.
Gözümüzdə acı nisgil, başımızda duman, tüstü,Ölən öldü, itən itdi, yanan yandı, küsən küsdü.Dərd qəlbini göynədəndə səhər vaxtı, axşamüstü,Dönür burda başdaşına, gəlir Zəlimxan dayanır!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-dayanir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
Tək-təkBir şəyird ki, ustadına kəm baxar,Mövlam etsin ona nasağı tək-tək.
Qafqaz xəbərləriNəzm ilə*Şairlərimiz şəhərlərdən belə xəbər verirlər: