Çingiz Aytmatovun “Əsrdən uzun gün” romanınıoxudum. Bədbəxt ananın taleyi məni sarsıtdı.

Düşünürəm, sənin dərdinnə böyükmüş, Nayman ana!Daşıdığın çətindən dəçətin yükmüş, Nayman ana!Heç ağlına gələrdimioğlun dönə manqurt ola,Öz elində tanıdığınə yer ola, nə yurd ola.Sənin oğlun olan günüsüdün qaymaq bağlamışdı,Sənin oğlun itən günüyaran qaysaq bağlamışdı.O bədbəxtin sorağınıbir yolçudan alınca sən,Küləklərdən qanad taxıbqaçdın onun dalınca sən.Dərd anlamaz bir səhranınqucağında tapdın onu,Çoban idi, bir sürününqırağında tapdın onu.Tapılsa da, nə xeyri var,oğlun səni tanımadı,Ondan ötrü can çürüdübcan verəni tanımadı.Kim tanımır anasını –Onu heç vaxt isti yuva,doğma beşik bağışlamır.Nə gəzdiyi həyət-baca,nə ev-eşik bağışlamır.

O bu işdə günahkarmı,tanımırsa anasını,Görən onda günah varmı?Dərk etməyi bacarmırsaöz dərdini, öz yasını!Gözdən gözün yaddaşını,Əldən əlin yaddaşını,Dildən dilin yaddaşınısilmişdilər, almışdılar,Dəvələrə yoldaş edibçöldən-çölə salmışdılar!

“Atan yoxdu!” – demişdilər,“Anan yoxdu!” – demişdilər,“Səndən ötrü fikir çəkən,Yanan yoxdu!” – demişdilər,inanmışdı!“Əslin yoxdu!” – demişdilər,“Dəvələri otarmaqdaMislin yoxdu!” – demişdilər,inanmışdı!Qəddar düşmən, sərt intiqam,Əməlindən alırdı kam!İsti dəri, qırxılmış baş,Gün altında quruduqcaBir-birinə qaynaq olubyapışırdı yavaş-yavaş.Dönüb manqurt olan kəsləritirirdi öz başını,İtirirdi yaddaşını!Görən kimi bu dəhşəti,Bu dözülməz məşəqqəti,Ahın göydə duman olub,Yaşın yerdə ümman olub.Səni belə günə salan,Bir Allahsız düşmən olub,Bir insafsız zaman olub.

Bu ağrının illətindənbükülmüsən, Nayman ana!Qala kimi kərpic-kərpicsökülmüsən, Nayman ana!Oğlun səni tanımadı!Layla çaldın, tanımadı,ağı dedin, tanımadı.

Ürəyimin, gözləriminyağı dedin, tanımadı!Nayman ana, onda görmə,onda görmə günahı sən,Günahkar bil Allahı sən!Günahkar bil yağını sən!Daha sənə olan olub,daşı oğul dağını sən!Ağlı yoxdu, huşu yoxdu,ondan sənə oğul olmaz,Düşünməyə başı yoxdu,ondan sənə oğul olmaz!Söhbətinə qəbir qazıb susdurublar!Yaddaşına qəbir qazıb basdırıblar!Manqurt olmaq –Diri gözlər baxa-baxa kor olmaqdı!Manqurt olmaq –Əl-ayağı ola-ola şil olmaqdı!Baş salamat dura-duratəpəsinə kül olmaqdı!Yazıq insan – manqurt oldu,nələr çəkdi,Manqurt olmaq –İnsanlıqdan heyvanlığadəyişməkdi, çevrilməkdi!Öz ağlının gücü yoxdu,Öz qəlbinin hökmü yoxdu.Vur! – desələr, vurasıdı,Dur! – desələr, durasıdı!

Öz əlilə öz başını,Yar! – desələr, yarasıdı.At! – dedilər,Oğlun səni nişan aldı, Nayman ana!Ağ dəvədən, ağ mayadanyerə saldı, Nayman ana!Oğul qəlbi alışmadı,daşa döndü, Nayman ana!Ana qəlbi göyə çıxdı,quşa döndü, Nayman ana!Quşa döndü, öz dərdini zaman-zamanötmək üçün,Əli yerdən üzüləndəUlduzlardan kömək umdu,Manqurtların köməyinə yetmək üçün.Dünən manqurt olan kəslərayrı-ayrı adamlardı,Bu gün ondan qorxuram ki,millət ola, ölkə ola!Bir millətin oğulları,Başqasına nökər ola,başqasına kölgə ola!Görünməmiş bu xəyanətİnsanlığın tarixində bir silinməz ləkə ola!Qorxuram ki, yavaş-yavaşmanqurt ola millət, Vətən,Öz kökünü tanımayanə göyərən, nə də bitən.İnsanları təmiz saxla,şərdən qoru, Nayman ana!Göydən bizə bəla gəlməz,Özün bizi yer üzündəyerdən qoru, Nayman ana!ŞƏRDƏN QORU,ŞƏRDƏN QORU,ŞƏRDƏN QORU, NAYMAN ANA!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri