Hesablaşmır
Söz ürəyi yandıranda dil dodaqla hesablaşmır,Sellər çəkəndə nərəni, çay yataqla hesablaşmır!
Qəzəb qılınc oynadanda səbir ilə hesablaşmır,İnsan onda qorxu ilə, qəbir ilə hesablaşmır!
Dolu ürək, dolu könül boş həvəslə hesablaşmır,Qartal üçün göylər gərək, dar qəfəslə hesablaşmır!
Sürgün ilə, həsrət ilə, hicran ilə hesablaşmır!Əllər dönüb yumruq olur, zindan ilə hesablaşmır!
Arzu, dilək daş hasarla, dəmir sədlə hesablaşmır,Nə tikanlı məftil ilə, nə sərhədlə hesablaşmır!
Hər xainlə, hər satqınla, hər alçaqla hesablaşmır,Xalqın adı – haqqın adı, haqq nahaqla hesablaşmır!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-hesablasmir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözüm gördü, könlüm sevdi, vuruldu,Taxtım-tacım göy üzündə quruldu.
Məkkə yoluBu yol Məkkə yoludu,Bu yol şərəf-şan yolu.
MəkkədəÇağırdıq qadir Allahı,Yazıldı qismət Məkkədə.
Şairin andıEy qadir Allah! Sənə ona görə səcdə eləmirəm ki, Sənin*cənnə ti nə tamahım var, ona görə səcdə eləmirəm ki, Sənin*