Ulduzdan danışaq, Aydan danışaq,Çeşmədən, dənizdən, çaydan danışaq,Sevgidən, sevincdən, toydan danışaq.Palıd qətiyyətli oğullar görüb,Çinartək ucalan boydan danışaq,Sən Allah, dilinə qeybət gətirmə!

İşığam, sən məni zülmətə çəkmə,Aşkaram, sən məni xəlvətə çəkmə.Ayna ürəyimi, duru könlümüKinə, küdurətə, nifrətə çəkmə,Sən Allah, dilinə qeybət gətirmə!

Əlvan çiçəklərin baxışına bax,Çəməndə güllərin naxışına bax.Günəşin tərtəmiz şəfəqlərinə,Buludun dumduru yağışına bax.Yağışdan təmizlən, Günəşdən durulSən Allah, dilinə qeybət gətirmə!

Məğrur sarayları yıxdı, dağıtdı,Yurdun axırına çıxdı, dağıtdı.Qeybət ürəkləri sıxdı, dağıtdıSən Allah, dilinə qeybət gətirmə!

Hər könül mülkündən bir sərvət gətir,Ruzu, qismət gətir, hərəkət gətir.Yerdən genişlik al, göydən ucalıq,Dinəndə, dilinə təravət gətir,Amandı, dilinə qeybət gətirmə.

2001, 21 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar