Dərbənddən gəlirəm
Dərbənddən gəlirəm, ürəkdə sancı,Dərbənddən gəlirəm, dodaqda giley.Doğmanın itkisi, yadın qazancı,Hönkürür içimdə bir yanıqlı ney.
Ürəyim göynəyir, qəlbim sıxılır,Dərd yenə ürəkdə şələ bağlayır.Şair yaddaşında dağlar yıxılır,Nəsimi soyulur, Hələb ağlayır.
Yağı tapdağının altında qaldı,Çırpınan yaralı quşdu bu şəhər.Qəmli tarixləri yadıma saldı,Elə bil başıma uçdu bu şəhər.
Şər xeyirə dönüb, xeyir şər olub,Hanı Oğuz yurdum, Turanım mənim?Dərbənd məscidində dərbədər olub,Xaça əsir düşüb Quranım mənim.
Qəlbimdə yanıqlar, çaxnaşmalar var,Dilimdi əriyən dillər içində.Bal kimi dilimə bu yabançılar,Zir-zibil gətirib sellər içində.
Dərbənddən gəlirəm, qismətimə bax,Yeyirəm içimi, söyürəm çarı.Kərkükdən gələndə beş-on il qabaq,Orda da duymuşdum bu ağrıları.
Mən də bu millətin dərdini yazdım,Mən də fəryadımı aləmə yaydım.Kərkükü, Dərbəndi xatırlamazdım,Əgər Borçalıda doğulmasaydım.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-derbendden-gelirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Pula təvəccöh ("Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan")Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir