Sən şeir oxuyanda
Ağdam ölkəşünaslıq muzeyininəməkdaşı Xatirə xanıma həsr edirəm
Gur ocaqdan götürüb,Köz baxışı, köz əli.Səni nurdan yaradıbTəbiətin öz əli.Gözəlliyə qovuşdumAy Qarabağ gözəli,Sən şeir oxuyanda.
Titrəyən dodaqların,Od içində yanırdı.Nəfəsini duyanlarYaz mehini anırdı.Könlümüz işıqlanır,Ömrümüz uzanırdıSən şeir oxuyanda.
Qəlbimizin havasıGah zil, gah da bəm oldu.Sevinc qanad açanda,Qəmin ömrü kəm oldu.Məryəm Əsliyə döndü,Mahmudum Kərəm oldu,Sən şeir oxuyanda.
Hər tərəfdən Cabbarın,Seyidin səsi gəldi.Qəlbimə dəniz eşqi,Bulaq həvəsi gəldi.Məclisə çəmən ətri,Çiçək nəfəsi gəldi,Sən şeir oxuyanda.
Buz olsa əriyərdi,Daş olsa dil açardı.Bütün yallar, yamaclar,Qış olsa, gül açardı.Dinməz qayalar beləSənə könül açardı,Sən şeir oxuyanda.
Nəğməyə döndərərdinBu torpağı, bu yurdu.Daş ürəklilər beləSənət nədir, duyurdu.Bir ahəngə can verib,Yerlə göy oxuyurdu,Sən şeir oxuyanda.
Kimdi belə alışan,Fikri kim, meyli kimdir.Bu dili bayatılı,Dodağı neyli kimdir.Məcnun gəlsin bu yerəGörsün ki, Leyli kimdir,Sən şeir oxuyanda!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sen-seir-oxuyanda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başkeçiddə maşın qəzasında*həlak olanların xatirəsinə*
BacardıMənim xalqım qan-yaş tökdü gözündən,Göz yaşını silməyi də bacardı.
Yıxdı biziQarlı dağlar yıxılsa da, biz heç zaman yıxılmazdıq,Acı sözlər, yaman gözlər, yaman dillər yıxdı bizi!
İnanıram həqiqətin təntənəsinəBir məzara toxunarsan, ölü dillənər,Bir adamı yandırarsan, külü dillənər,
Başqa şairlərin şeirləri
Tələbəlik illərindən bacı bildiyimMəryəm xanıma
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı