Səndən bahası yoxdu
Ürəklərə gedən yol,gözəlliyin yoludu,Bu dünya başdan-başagözəlliyin yoludu.Səndən gözəli yoxdu.
Heç bir gülün, çiçəyin,Dünyada sənin qədərƏtri yox, rəngi yoxdu.Qəşəng olanlar nə çox,Səndən qəşəngi yoxdu.
Heç bir bağın, bağçanın,Həyatda sənin qədərGülü, qönçəsi yoxdu.Nə çoxdu bu dünyadaİncə belli gözəllər,Səndən incəsi yoxdu.
Nə çoxdu yer üzündə,Sərvət dolu sinələr.İçi daş-qaşla doluƏvəzsiz xəzinələr.Yoxdu, səndən varlısı,Səndən bahası yoxdu.Niyəsini soruşma,Daha niyəsi yoxdu,Daha dahası yoxdu.
Yalta, 2010, 18 iyun
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-senden-bahasi-yoxdu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
Sakras üzləşməsi söylənciTunqər, Daryaş üzləşdilər Sakrasda,Gözləmirdi bu döyüşü tanrılar.
بتم باهر سری هر سو سروکار دگر داردغمش با هر دلی سودا و بازار دگر دارد
AzgəyliyənAzgəyliyən Baskeçidə yaraşıqBu bir kənddir, burda vardır yüz işıq.