Şair anaların uzanar ömrü,Deyəndə oğluna, qızına layla.Silinməz ürəkdən, düşməz dodaqdan,Dözər körpələrin nazına layla.

İnsana nəğməni təbiət verib,Bitib-tükənməyən məhəbbət verib,Dünyaya sığmayan bir şöhrət verib,Dədəmiz Qorqudun sazına layla.

Zəlimxan, itərmi dünyadan izi,Ona can verənin titrəməz dizi,Payızda nağıllar oxşayar bizi,Düşər ömrümüzün yazına layla.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri