Sevgilim
Könlünə dəyməsin hər xırda kəlmə,Qoymaram ürəyin sına, sevgilim.Yalanı, gerçəyi bilmək istəsən,“Sevgilim” deyəni sına, sevgilim.
Yaxın gəl, sinənə əyilsin başım,Eşqinlə çay kimi qaynayım, daşım.Toyumu gözləyən qohum-qardaşım,Qoysun əllərinə xına, sevgilim.
Gözümüz doludu, könlümüz də tox,Yüz il ömr eyləyək, nə az, nə də çox.Bir gün ayrı düşsək, onda məni yox,Ana təbiəti qına, sevgilim.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sevgilim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Yer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Bu, Məcnunun atası vəfatından xəbərdar olduğudur və məzarına yol bulduğudurSaqi, meyi-laləfam yoxmu?Dözmən bu xumara, cam yoxmu?
Telefon söhbətiSən məndən uzaqsan, mən səndən uzaq,Uzaqdır sevimli gözlərin mənə.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.