Sərindi dağların uca zirvəsi,İstidi düzlərin qoynu, qucağı.İstər zirvəyə çıx, istər düzdə gəz,Görünmür dünyanın ucu-bucağı.

Hər çiçək çöllərdə bir adam imiş,Hər adam dağlarda bir çiçək imiş.İnsan cəmiyyətdə şeytana yoldaş,İnsan təbiətdə bir mələk imiş.

2009, 16 avqust

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri