Gecə nə uzun olub,nə yaman çox yatmışıq.Çox yatmaq bəlasınıtərk etmək mümkündürmü?Qılınc çəkib, at minib,torpaq alıb, iş görüb,Qaniçən düşmənlərəgörk etmək mümkündürmü?

Vətən nə, millət nədir,yurd nədir, torpaq nədir,Od nədir, ocaq nədir,qönçə nə, yarpaq nədir?İgid nədir, qazi nə,şəhid nə, bayraq nədir,Ölmüş ruhu yenidəntərk etmək mümkündürmü?

Kimdən soraq millətinhaqqını, hesabını?Niyə bizə veriblərdünyanın əzabını?Sualı verən bizik,kim versin cavabını?Əvvəl-axır bu dərdidərk etmək mümkündürmü?

2000, 28 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən